Bakıda uşaqlar üçün saxta geyimlər satılır

13-08-2015, 17:00           
Bakıda uşaqlar üçün saxta geyimlər satılır
Paytaxtda saxta məktəbli formalarını istehsal edən gizli sexlərlə bağlı araşdırmalara başlanıb

Bu barədə movqe.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı məlumat verib.
F. Talıblı deyib ki, artıq bununla bağlı Komitəyə siqnallar daxil olub. F. Talıblının sözlərinə görə, araşdırmalardan sonra “Bakı Tikiş Evi”nin (BTE) adı altında saxta məktəbli forması istehsal edən gizli sexlərin sahiblərinə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov da müəssisənin məhsullarının adı altında saxta məktəbli formalarının istehsal olunduğunu söyləyib: “Bizdə olan məlumtlara görə, artıq Binə və Sədərək ticarət mərkəzlərində bizim məktəbli formalarının saxta variantları satılır”.
E. Əzimov həmin məktəbli formalarının keyfiyyətinin aşağı olduğunu, heç bir sertifikatı olmayan parçalardan istehsal olunduğunu deyib: “Biz bununla bağlı aidiyyatı qurumlara məktubla müraciət etmişik. İnanırıq ki, həmin məktəbli formalarını istehsal edən gizli sexlər aşkarlanaraq tədbir görüləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru