Nazirlikdə yeni rəqabət - "DSMF qrupu" ilə savaş kimlərə nə vəd edir? - Çəkişmə
13-08-2015, 21:07
Səlim Müslümov dövlətin üst qurumlarının diqqətini çəkmək üçün korrupsiyaya qarşı güclü mübarizə və qənaət sistemi tətbiq etməsi görüntüsü yaratdığı bir ərəfədə, nazirlikdə olan yeni narazılığın işartıları sızmağa başlayıb.
DİA.AZ xəbər verir ki, bu barədə «Reytinq»ə nazirliyin adının çəkilməsini istəməyən əməkdaşlarınan biri deyib. Onun sözlərinə görə, hazırda nazirdlikdə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) «transfer» edilən nazirin sadiq kadrları ilə "yenilər”in, hətta nazirliyin «köhnə və təcrübəli» kadrları arasındakı ziddiyyət dərinləşib:
«İndi nazirlikdə vəzifəli üç kateqoriyaya bölünüblər:
1-ci və ən üstün qrup Dövlət Sosial Müdafiə Fondundan Səlim Müslümovun gətirdiyi işçilər sayılır.
İkinci təsir qüvvəsinə sahib olan qrup isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Səlim Müslümovun iradəsindən kənar təyin edilən müavinlər və bəzi şöbə rəisləridir.
Üçüncü və hər iki qrupun son bir neçə aya qədər "tərs baxdığı” şəxslər isə əvvəldən nazirlikdə işləyən vəzifəlilərin "katyol"udur.
Maraqlı budur ki, artıq Səlim Müslümovun iradəsindən kənar vəzifə alanlarla, nazirin sələflərinin dövründən işləyənlər arasında «soyuq buzlar» əriməyə başlayıb. Hər iki qrup indi özlərinə ən böyük təhlükəni Səlim Müslümovun daha çox etibar etdiyi qrupda görməyə başlayıblar. Çünki bu qrup bütün müsbət işləri öz adlarına, mənfi halları isə digər qrupların üzərinə "yükləmək”lə özlərini "mələk” kimi göstərməyə cəhd edirlər. Bu isə daha sərt qıcıq yaradır.
Məsələnin digər maraqlı tərəflərindən biri də odur ki, nazir Səlim Müslümova kürəklərini söykəyən nazirlikdəki "DSMF qrupu” etimaddan sui-istifadə də edirlər. Bu isə rəqib qrupların əlinə gözəl fürsət verib. İndi Səlim Müslümovun Maliyyə Nazirliyində işlədiyi dövrdən tanıdığı və özüylə DSMF və ƏƏSMN-nə «sürüdüyü» şöbə rəisləri ilə yanaşı, aparat rəhbəri Əgdər Ola, hətta Mətbuat xidmətinin rəhbəri Elman Babayevə qədər hamısının keçmişi və nazirlikdə işlə təmin etdikləri qohumlarının siyahısı hazırlanır. Əgər yaxın vaxtlarda kimlərin qohum-əqrabaların hansı vəzifələrə təiyn olunması ilə bağlı siyahını oxusanız, təəccüblənməyin. Nazirə yaxın qrup artıq sistemdəki bütün işçiləri zinhara gətiriblər. Odur ki, yaxın vaxtlarda kompromatların hakim dairələrə göndəriləcəyi də istisna deyil».
Mənbə nazilikdə kimlərin kimin qohumu olması, həmçinin kimlərin hansı "meyarlar"la vəzifəyə təyinat alması ilə bağlı bəzi faktları da bizimlə bölüşüb.
Bu və ya digər faktlarla bağlı araşdırma və dəqiqləşdirmələrimiz davam edəcək.