Azərbaycanda daha bir bank ləğv edildi

15-08-2015, 14:25           

Azərbaycanda lisenziyası iyul ayında ləğv edilmiş “Evrobank” ASC-nin ləğvetmə prosesi başlanıb. Trend "Xalq" qəzetinə istinadən xəbər verir ki, lisenziya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərarı ilə ləğv edilmişdi. Məhkəmə həmçinin “Evrobank”ı müflis elan edib. Məhkəmə qərarına əsasən, bankın ləğvedicisi qismində “Azerbaijan International Consulting Company” MMC təyin edilib. Ləğvetmə prosesi “Evrobank” ASC-nin baş ofisində - Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru