Beyləqanın icra başçısı da dəyişdirilir - Başçının narahatçılığı əbəs deyilmiş...

17-08-2015, 12:39           
Beyləqanın icra başçısı da dəyişdirilir - Başçının narahatçılığı əbəs deyilmiş...
Bu günlərdə yeni islahat dalğasının start düyməsi basılacaq. Belə ki, rəsmi dairələr qarşıdan gələn parlament seçkiləri ərəfəsini dəyişikliklər üçün münasib hesab edərək, bir çox ünvanlarda kadr islahatını həyata keçirməyi qəsd edib.

Hökumətdəki bilgili qaynağın DİA.AZ-a söylədiyinə görə, 3 rayonun icra hakimiyyətinin başçısı vəzifəsini itirəcək.

Xəbəri verən qaynaq iddia edir ki, onların sırasında ilk yerdə gələni Byeləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevdir.

Dia.az xatırladır ki, gərgin günlərini yaşayan Vaqif Abdullayev son günlər mediada barəsində açıqlanan faktların da qarşısını ala bilməsi üçün hərəkətə keçib və hətta bu günlərdə Beyləqan RİH adından mətbuatı hədələyən bir açıqlama da yayıldı.

Görünəni odur ki, başçının narahatçılığı əbəs deyilmiş...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru