Nazirlikdən Göygöl açıqlaması: “Biz camaatla bacarmırıq”

18-08-2015, 14:20           
Nazirlikdən Göygöl açıqlaması: “Biz camaatla bacarmırıq”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının zibillənməsilə bağlı məsələyə aydınlıq gətirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın BAKU.WS-ə verdiyi məlumata görə, qoruğa çoxsaylı insanlar gəlir. Onların da çoxu təmizliyə riayət etmirlər.

Qoruğun rəhbərliyi də, işçiləri də ərazidə təmizliklə məşğuldurlar. Hərə əlinə bir sellafan torba alıb zibilləri yığırlar. İndi o boyda ərazidə hər kəsin dalınca düşüb bir-bir yerə atdıqları zibili təmizləmək də mümkünsüzdür axı. Biz onlarla bacarmırıq”, - deyə İradə İbrahimova bildirib.

Nazirlik rəsmisi deyir ki, çox vaxtı da qoruq işçiləri kobudluqla qarşılaşırlar: "Deyəndə zibili yerə atmayın, vətəndaş qayıdır ki, pul vermişəm, rahat istirahət edirəm. Mənə mane olmayın. Canınız çıxsın təmizləyin. İndi 2 manat ödəyirlər deyə ərazini zibilləməlidirlər?”.

Əraziyə zibil qutularının qoyulmaması ilə bağlı məsələyə gəlincə, İradə İbrahimova deyir ki, deyilənlər bir qədər düzgün deyil: "Ərazidə zibil qutuları var. Sadəcə Maralgöl ərazisində zibil qutuları yoxdur. Orada bu gün qoyulacaq. Qalan ərazilərdə addımbaşı zibil qutuları var. Yenə də zibillərini qutuya yox, yerə atırlar”.

Qeyd edək ki, bir həftə bundan qabaq açılan Göygöl Milli Parkının ərazisi zibilxanaya çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.