Bayıl yamacının altında iki yeraltı çayın axdığı müəyyən edildi

25-01-2018, 17:39           

Bayıl yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib.

teref.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu gün Bayılda sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə sakinlərlə keçirdiyi görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Qeyd edək ki, son günlər ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Hazırda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.

Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb./trend/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru