"Whatsapp"da təhlükəli səs yazısı yayıldı - Təhsil Nazirliyi işə qarışdı

25-01-2018, 17:59           
"Whatsapp"da təhlükəli səs yazısı yayıldı - Təhsil Nazirliyi işə qarışdı
Xəbər verdiyimiz kimi, paytaxtda 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayılıb. Məsələ ilə bağlı Təhsil Nazirliyindən Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.

"Bu yayılan informasiyanın heç bir əsası yoxdur. Heç bir məktəbdə belə hal aşkar olunmayıb".-deyə, məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, "Vatsap"da valideynlərdən birinin yaydığı səs yazısında konfet formasında olan bu həblərin uşaqlara heç bir səbəb olmadan paylanıldığı iddia edilir. .

Bu həblərin uşaqlarda narkotik asılılığı yaratması təhlükəsi istisna olunmur. Digər məktəblərin də qarşısında belə təhlükənin olmaması üçün valideynlər bir-birini xəbərdar edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru