Bakıda ağaclar kütləvi şəkildə qırılır — Kəsimə nəzarəti isə Yaşıllaşdırma İdarəsinin nümayəndəsi edir + FOTO

26-01-2018, 09:35           
Bakıda ağaclar kütləvi şəkildə qırılır — Kəsimə nəzarəti isə Yaşıllaşdırma İdarəsinin nümayəndəsi edir + FOTO
Bakıda ağacların kütləvi şəkildə qırılması davam edir.
Ötən gün 20 Yanvar küçəsi 24 ünvanında yaşıllıq ərazisinin məhv edilməsi barədə xəbər vermişdik.

“Ölkə.Az"da verilən xəbərdən sonra ağac qətliamı ilə məşğul olan şəxsin cərimələndirildiyi bildirildi. Bu gün redaksiyamıza zəng edən bina sakinləri yaşıllığın yenidən məhv edildiyini bildiriblər. Sakinlər bildirirlər ki, ərazidəki ağaclar yenidən kəsilir. Bina sakinləri prosesin foto və videosunu da göndəriblər.

Şikayətçilərin sözlərinə görə, 20 Yanvar küçəsi 24 ünvanında yaşıllıq ərazisi məhv edilir. İddiaya görə, kəsilən ağacların yerində kol-kos və ağac budaqları yandırılır, beləcə ağacın yeri itirilir. Məlumata görə, ağacların kəsilməsinə nəzarət edən şəxs özünü Yaşıllaşdırma İdarəsinin nümayəndəsi kimi təqdim edib.

Sakinlər Azərbaycan Respublikasının prezidentinin internet səhifəsinə də şikayət məktubu ünvanlayıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru