Ən ağıllı robot bu sual qarşısında xarab oldu

26-01-2018, 14:21           

Davosda dünyanın ən ağıllı və ilk dəfə vətəndaşlıq alan robotu Sofiyanın iştirak etdiyi sessiyada kuryoz hadisə yaşanıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, insanla söhbət etmək bacarığına sahib olan Sofiya sponsorların hesabında Davosda təşkil edilən “Ukrayna evi”ndə olub. Robot “Ukraynada korrupsiyanın öhdəsindən necə gəlmək olar” sualı qarşısında “tab gətirməyib”. Bu barədə Ali Radanın deputatı Alyona Şkrum yerli KİV-ə məlumat verib. Avtomatda nasazlıq yarandığı üçün Sofiya suala cavab verə bilməyib.

Deputatın sözlərinə görə, robotun skripti xarab olub, prosessoru donub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru