Bill Qeyts "super inəklər"in yaradılmasına 40 milyon dollar yatırıb

29-01-2018, 09:38           
Bill Qeyts "super inəklər"in yaradılmasına 40 milyon dollar yatırıb
Amerikalı milyarder və "Microsoft" şirkətinin təsisçisi Bill Qeyts indiki fərdlərdən 4 dəfə artıq süd verə biləcək "ideal inəklər"in yaradılmasına 40 milyon dollardan çox vəsait yatırıb.

"Report" "Business Insider"ə istinadən xəbər verir ki, "GALVmed" qeyri-kommersiya şirkəti və Edinburq Universiteti hazırda mal-qara üçün genetik tədqiqatlar və vaksinin yaradılması ilə məşğul olur.

Layihənin planına yüksək temperatur şəraitində yüksək məhsuldarlıq və davamlılığa nail olmaq üçün Avropa və Afrika fərdlərinə məxsus xüsusiyyətlərin bir inəkdə birləşdirilməsi ideyası daxildir.

"Burada xərclənmiş hər bir dolların səmərəliliyi çox yüksəkdir. Biz eyni davamlılıqla dörd dəfə çox süd verə biləcək inək əldə edə bilərik", - deyə Qeyts bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.