Dayədən 8 aylıq uşağa qarşı VƏHŞİLİK - Başını yastığa sıxaraq... - FOTO/VİDEO

29-01-2018, 09:54           

Dayənin 8 aylıq uşağa qarşı etdiyi amansız qəddarlıq evə yerləşdirilmiş kameraya düşüb.

Publika.az xəbər verir ki, Rusiyanın Başqırdıstan vilayətində Sterlitamake şəhərində Alan adlı 8 aylıq uşağa qarşı vəhşiliyin görüntüləri yayılıb.

Divanda rahat uzanıb dincələ bilməyən dayə qəzəblənərək gah uşağın başına şillə vurur, gah təpik atır, gah da başını yastığa sıxır ki ağlamasın.

Sadist baxıcının hərəkətlərindən şübhələnən valideynlər evə kamera yerləşdirdikdən sonra gördüklərindən dəhşətə gəliblər.

Dərhal polis və həkim çağırılıb. Müayinədən sonra uşağın bədənində zədələr aşkar olunub.

Polis araşdırmalara başlayıb.
[media=https://www.youtube.com/watch?v=CfGPjojx0qk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru