Neftin bareli 40 dollara yaxınlaşır

20-08-2015, 16:52           
Neftin bareli 40 dollara yaxınlaşır
Nyu-York birjasında neftin qiyməti son 6 il ərzində ən aşağı həddə düşüb.

Neftin bareli 4 faizdən də çox düşərək 40 dollar 80 sent olub.

Analitiklər bunu ABŞ-da neft ehtiyatlarının kəskin artması ilə izah edirlər.

Dünya bazarında neftin qiyməti iyundan 30 faiz düşüb.

Buna baxmayaraq istehsalçılar Yaxın Şərq və Afrikada neft istehsalı artırırlar.

“Citigroup” analitik korporasiyasının avqustun 19-da yaydığı proqnoza görə, Qərbi Texas neftinin bareli 32 dollara düşə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru