49 manatlıq paltarı 189 manata satdı - "Coco Baku" müştərini belə aldatdı

1-02-2018, 16:03           

49 manatlıq paltarı 189 manata satdı -
"Coco Baku” geyim mağazası ilə bağlı redaksiyamıza şikayət daxil olub.

AZXEBER.COM Axsam.az-a istinadən xəbər verir ki, Günel Cahangirli adlı xanım mağazadan 189 manata libas aldığını, amma sonra eynisini daha ucuz qiymətə başqa mağazalarda gördüyünü iddia edir.

"Libası özəl adı ilə satıblar. 189 manat pul verdim, bir dəfə toya geyindim. Aradan iki gün keçəndən sonra geyimlər satılan online səhifələrdə və şəhərimizdəki keçidlərdə olan mağazalarda paltarın eynisini 49 manata gördüm. Zəng vurub mağazaya bu haqda şikayət edəndə, qayıtdılar ki, ola bilməz, bizdə "A klass”dı. Amma materialına da baxmışam, heç bir fərq yoxdur. İnsanı bu qədər aldatmaq olmaz” deyə, xanım şikayətində bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru