İrandan quşçuluq məhsullarının idxalına qoyulmuş məhdudiyyət qüvvədədir - DBNX

1-02-2018, 18:10           
İrandan quşçuluq məhsullarının idxalına qoyulmuş məhdudiyyət qüvvədədir - DBNX
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının 2016-cı ildə məlumatına əsasən İranda “quş qripi” xəstəliyi qeydə alındığına görə İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Hazırda həmin məhdudiyyət qüvvədədir”.

Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.

Y. Xanvəli bildirib ki, respublikada “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir.

Qeyd edək ki, İranda damazlıq quşlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar 23 noyabr 2016-cı ildə DBNX-da əmr imzalanıb.

Xatırladaq ki, İranın 16 əyalətində “quş qripi” müşahidə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru