Bu iyrənc kadrlar Abşeronda çəkildi: göl qırağında… – VİDEO

2-02-2018, 01:52           

Naməlum şəxslər at cəmdəklərini gölün qırağına atıblar. Nəticədə də ərazidə antisantariya yaranıb.Üfunət yaxınlıqda olan evlərə vurur.

Bura Abşeron rayonunun 28 may qəsəbəsində yerləşən gölün kənarıdır. Yaxınlıqda yaşayan sakinlər bildirir ki, xüsusəndə axşam saatlarında müəyyən şəxslər ölmüş at cəmdəklərini avtomobilə gətirərək gölün kənarına atır. Onların sözlərinə görə, bu hal uzun müddətdir davam edir.

Abşeron rayon baytarlıq idarəsinin əməkdaşları da əraziyə baxış keçirdilər.

Baytarlıq İdarənin rəisi Tahir Abdullayev bildirdi ki, əməkdaşları tərəfindən yaranan antisantariyanın qarşısı alınacaq.

Qeyd edək ki, təqsirkar şəxslərin tapılması üçün artıq polisə müraciət olunub.


\\Xezerxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru