Deputat “Azərişıq”ı məhkəməyə verdi

3-02-2018, 13:32           
Deputat “Azərişıq”ı məhkəməyə verdi
"Lerik Broyler” MMC "Azərişıq” ASC-ni məhkəməyə verib.

teref.az Foodinfo.az-a istinadən xəbər verir ki, şirkət ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

Bakı Apellyasiya Məhkəməsi qətnaməni qismən ləğv edib.

İşə Ali Məhkəmədə baxılır.

Qeyd edək ki, Azərbaycanın ən iri quşculuq müəssisələrindən biri olan "Lerik Broyler” MMC-nin məhsulları "Lebro” brendi ilə satışa çıxarılır.

İstehsalat mərkəzi Lerik rayonunun Piran kəndində yerləşən şirkətin baş ofisi Bakı şəhərindədir.

"Lerik Broyler” MMC-nin sahibi deputat İqbal Məmmədovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru