Parlamentdə qalmaqal - Hadı Rəcəbli “20 Yanvar” Cəmiyyətinin sədrini özündən çıxardı

7-02-2018, 16:47           

“20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə ilə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli arasında qalmaqal yaşanıb.

GoldNews.Az Oxu.Az-a istinadən xəbərinə görə, belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasına dəvət edilən S. Əzimzadə H. Rəcəblini ona çıxış etməyə imkan verməməkdə ittiham edib.

Buna cavabında isə H. Rəcəbli kimsəyə ayrıseçkilik qoyulmadığını bildirib və əlavə edib ki, əgər sözü, təklifi varsa çıxış etsin, ya da onları yazılı təqdim etsin.

Bununla qane olmayan S. Əzimzadə sonra müvafiq qanunlarda 20 Yanvar hadisələrində yaralananların, əlil olanların “zədə almışlar” kimi ehtiva olunmasını komitə sədrinə irad tutub.

Komitə sədri bununla razılaşmayıb və qeyd edib ki, ambisiyalarla çıxış etmək olmaz:

“Bu məsələdə də hər şey ölçülüb-biçilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru