“Azercell” vətəndaşları aldadır-ŞİKAYƏT

25-08-2015, 20:04           
“Azercell” vətəndaşları aldadır-ŞİKAYƏT
Azercell abunəçisi olan vətəndaş öz şikayətini Qafqaz Xəbər Agentliyinə ünvanlayıb. Şikayəti olduğu kimi dərc edirik:

“Mənim valideynim 051 515 54 97 nömrəsini Nar-dan Azercell-ə MND vasitəsilə daşıyıb. Azercell-ə keçmək üçün müraciət edəndə bizə bildirdilər ki, sizə 3 manat balans hədiyyə olunacaq. Lakin avqustun 3-ü nömrə daşınanda 3 manat balans hədiyyə olunmadı və biz də bununla bağlı Azercell-in 2002 saylı telefon mərkəzinə şikayət etdik və operator da müraciətimizi texniki şöbəyə yönləndirdi. Azercell-in qaydalarına görə müraciət qeydə alındıqdan sonra 5 iş günü ərzində abunəçiyə məlumat verilir. Biz avqustun 3-də 3 manat hədiyyə balansının gəlməməsindən şikayət etmişdik və hesablamalara görə avqustun 8-də cavab verilməli idi. Amma avqustun 21-də bizə cavab verildi ki, siz əvvəlcədə Azercell abunəçisi olmusunuz və bu səbəbdən də sizə hədiyyə verilməyəcək. Lakin biz Azercell-ə müraciət edəndə bizə 3 manat hədiyyə balansın gələcəyini bildirmişdilər. Söhbət 3 manat hədiyyədən getmir. Söhbət Azercell-in abunəçilərinin inamından sui-istifadə edərək abunəçilərini axmaq yerinə qoymasından gedir. Bu gün ölkədə elə bir vətəndaş tapmaq olmaz ki, mobil operatorların fırıldağına düşməsin. Üstəlik Azercell balansı düzgün şəkildə silmir. Məsələn 30 saniyəyə 0.025 qəpik silinməlidirsə, balansı yuvarlaqlaşdıraraq 0.03 qəpik silirlər ki, bu da abunəçinin hər zəngdə 40% itirməsi deməkdir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov hər dəfə mobil danışıq tariflərinin ucuzlaşacağına söz verir, amma nədənsə o endirimi heç kəs görməyib. Əksinə Azərbaycanda mobil danışıq tarifləri Rusiya, Türkiyə, Gürcütan, Ukrayna, Moldova, Özbəkistan, Ermənistan, Almaniya, Belarus və s. ölkələrlə müqayisədə azı 3 dəfə bahadır. Məsələn: Türkiyənin Vodafone mobil operatorunda bizim pulla 6 manat 65 qəpik ödəməklə ölkədaxili 1000 dəqiqə danışıq, ölkədaxili 5000 SMS və 1GB internet paketi abunəçi alır ki, bunu ən yaxşı halda Azərbaycan vətəndaşı yuxusunda arzulaya bilər. Ukraynanın Kyivstar mobil operatorunda cəmi 2 manat ödəməklə şəbəkədaxili limitsiz və başqa operatorlarada 1000 dəqiqə danışıq əldə edirsən. Azərbaycanda isə 2 manat yükləyəndə ayın sonunadək çatdıranda allaha şükür edirsən. Bir sözlə mobil rabitə sahəsindəki vəziyyət həddən artıq acınacaqlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.