Rəsmi məzənnə açıqlandı - Dolların qiyməti kəskin dəyişdi (Cədvəl)

25-08-2015, 23:11           
Rəsmi məzənnə açıqlandı - Dolların qiyməti kəskin dəyişdi (Cədvəl)
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqlayıb.

Anspress-in məlumatına görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi nisbətən düşərək 1, 0446 manat təşkil edib ( dünən 1,0470 manat idi).

Manata nəzərən avro artaraq 1. 2078 olub (dünən 1,1994 manat idi).

Rusiya rublu 0,0002 manat və ya 1,3% ucuzlaşaraq 0,0148 manat olub (dünən 0,0152 idi).

Yola saldığımız həftənin sonunda Bakıda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina etmişdi. Şəhərin mərkəz hissəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların olmadığını deyirdilər. Məlum olmuşdu ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən bu gündən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru