Zərdabda 1500 manat qalmaqalı-İDDİA

26-08-2015, 22:58           
Zərdabda 1500 manat qalmaqalı-İDDİA
Lütfəli Babayevin adından alınmış 1500 manat pul icra başçısı ilə Azərpoçt rəhbəri arasında toqquşmaya gətirib çıxarıb

Zardab rayonunda icra başçısının adı hallanan qalmaqal baş verib. JAM.AZ-a məlumat verən rayon sakinlərinin bildirdiyinə görə, qalmaqala səbəb Poçt Şöbəsinin sabiq müdiri Şəmsi Əhmədovun 1500 manat alaraq, başqa birini işə götürməsidir.

Həmin məlumatda iddia olunur ki, Ş.Əhmədov işdən çıxardığı Sahib adlı inkassatorun yerinə Ruslan adlı şəxsi gətirib. Və ondan icra başçısı Lütfəli Babayevə verəcəyi adı ilə 1500 manat pul alıb. «Lakin Sahib məhkəmə yolu ilə işinə qayıdıb. Ruslanı isə məcbur olub işdən çıxarıblar. İndi Ruslan da pulunu tələb edir».

Məlumatı verənlər qeyd edirlər ki, məsələ artıq Zərdabın icra başçısına qədər gedib çıxıb. «Həmin vaxt Lütfəli Babayev Şəmsi vasitəsi ilə Ruslana xəbər göndərib ki, pul ona deyil, Azərpoçtun rəhbəri Qənbər Bəybalayevə verilib və pulunu da ondan alsın».

JAM.AZ-a məlumatı verən şəxslər iddia edirlər ki, icra başçısının Azərpoçtun rəhbərinin adını ortalıqda hallandırması səbəbsiz deyil. Belə ki, Şəmsi Əhmədovu işdən çıxarıldıqdan sonra onun yerinə Romil Nəcəfovu gətirmək istəyən Lütfəli Babayev istəyinə nail olmayıb. «Qənbər Bəybalayev Romili yaxşı tanıdığından onun təqdimatını qəbul etməyib. Bu da Lütfəli Babayevin xoşuna gəlməyib. Ona görə də, poçtda hər hansı bir problem yarandığı təqdirdə, Bəybalayevin adını hallandırır. Maraqlıdır ki, artıq tərəflər dolayı yollarla bir birlərini ittiham edirlər. Hətta Qənbər Bəybalayev Lütfəli Babayevə xəbər göndərib ki, onun Zərdab poçtuna təqdimat verdiyi iki şəxsin hansı əməl sahibi olmasından xəbərdardır və bir daha bu təqdimatlara baxmayacaq».

Məsələdə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.