“Tural-A” MTK-nın sahibi sakinlərdən pul tələb edir... - Qaz çəkmək üçün...

27-08-2015, 11:30           
“Tural-A” MTK-nın sahibi sakinlərdən pul tələb edir... - Qaz çəkmək üçün...
Xətai rayonunun General Şıxlinski küçəsi 29-42 ünvanında yaşayan bina sakinləri “Qafqazinfo”ya müraciət edib.

Onlar müraciətlərində “Tural-A” MTK sədri Zaur Bayramovun mənzillərə qazın çəkilməsi üçün pul tələb etməsindən narazı olduqlarını bildiriblər: “Biz qaz idarəsinə müraciət etmişik, onlar da deyir ki, MTK sədri sizin sənədlərinizi göndərmədiyi təqdirdə mənzillərə qaz çəkə bilmərik. Z. Bayramov da bu məqsədlə sakinlərdən 300-500 manat pul tələb edir. Bizim həmin pulu verməyə imkanımız yoxdur, həm də ki niyə rüşvət verməliyik?! Sədr bizə deyir ki, hara istəyirsiz şikayət edin. Mənim pulumu vermədiyiniz təqdirdə, sənədləri qaz idarəsinə göndərməyəcəm”.

Sakinlər bununla bağlı 161 qaynar xəttinə, Prezident.az saytına müraciət ediblər.

“Qafqazinfo”nun əməkdaşı Zaur Bayramovla əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Binanın komendantı sədrin burada olmadığını, müalicə üçün getdiyini, özünün isə məsələdən xəbərsiz olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.