"Bir sözlə, kim necə bacarırsa o cür də milləti somurur" Faiq Balabəyli

27-08-2015, 12:28           

teref.az ünlü jurnalist Faiq Balabəylinin statusunda yazdığı bu problemi bir daha qabardır.
"Şəkildəki bu qəbzi mənə səhərin gözü açılmamış AVTOVAĞZALda verdilər. Turalı məzuniyyətini bitirirdiyinə görə hərbi hissəyə yola salarkən, təxminən 40 saniyə vağzalın həyətində dayandım. Əsgər maşından düşdü, mən işə tələsdim. qarşımı kəsdilər, əraziyə girdiyinə görə 1 manat ödəməlisən, - dedilər.
- Ay qardaş axı mən heç dayanmadım da, oğlumu gətirdim, maşından düşdü və gedirəm, - dedim.
- Bu qanundur, alın vöinli qəbz - dedilər.
Deyirəm a kişi, bu qəbzdən printrdən minlərlə çıxarmaq olar. Hanı bunun sıra nömrəsi, digərindən fərqli olsun, ayın tarixi və sair niyə yoxdur?. Bunun hesabatını kimə və necə verirsiz. Gün ərzində yüzlərlə maşın girib - çıxır bura.
- Bu bizim işimizdir, bizə belə tapşırıblar - dedilər. iki giriş və iki çıxış qapısı var avtovağzalın aşağı hissəsində. Hər çıxış qapısında 4 nəfər nəzarətçi dayanıb, hər birinin də əlində bu kağız parçasından bir qom.
Avtovağzaldan kənarda maşını saxlamaq olmur, anındaca nəqliyyat nazirliyinin əməkdaşları başının üstünü kəsir. yox əgər saxladınsa 1 dəqiqəılik uzaqlaşdınsa marığa yatan eveakotorlar maşını bellərinə alıb qaçırır. Sürücülər yola saldıqları yaxud qarşıladıqları qohumunu ardınca gələndə isə 2 dəqiqəlik də olsa XOŞ GƏLMİŞSİNİZ yazılan darvazadan içəri girir..1 manatı qapıkəsdirənlərə verir...
Bir sözlə, kim necə bacarırsa o cür də milləti somurur"
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.