Nazir Bakının 7 bölməsinin statusunu niyə dəyişdi?

17-03-2018, 09:52           

Ərazi üzrə əhalinin sayında artım varsa, həmin bölməyə daxil olan ərizə və şikayətlərin sayı çoxdursa, bu, bölmənin şöbəyə çevrilməsini şərtləndirir.

Bu sözləri Axar.az-a keçmiş polis rəisi Mahmud Hacıyev Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Bakının yeddi polis bölməsinə şöbə statusu verilməsi barədə danışarkən deyib.

M.Hacıyevin sözlərinə görə, bu həm də ştat vahidlərinin artırılmasıdır:

“Bölmədə 30-40 nəfər var idisə, şöbədə, aydın məsələdir ki, ştat vahidləri artıq olacaq. Onun ərazisinin də genişləndiyi istisna edilmir.

Əsas əhalinin sayında artımın olması və daxil olan ərizə və şikayətlərin sayının çoxlmasıdır ki, bölmə şöbəyə çevrilsin”.

Keçmiş polis rəisi bildirib ki, polis bölməsinin şöbəyə çevrilməsi rütbələrə də öz təsirini göstərir:

“Rütbə vəzifəyə uyğun olur. Yəni vəzifəyə görə rütbədə artım olacaq. Məsələn, bölmə olanda əməliyyat müvəkkili kapitan idisə, indi əməliyyat müvəkkili mayor da ola bilər. Bölmə rəisi mayor idisə, indi bölmə rəisi polkovnik-leytenant olacaq”.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Bakının yeddi polis bölməsinə şöbə statusu verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru