Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən yaxşı hava limanlarının arasında

24-03-2018, 09:13           

Heydər Əliyev Beynəlxalq Hava Limanı "World Airport Awards-2018" reytinqi üzrə dünyanın bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə siyahıda 65-ci yer tutub. Siyahıya 6-ci il ardıcıl olaraq Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı başçılıq edir.

Trend-in məlumatına görə, eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı seçilib. (Siyahı)

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanı hər il 5 milyona qədər sərnişinə xidmət göstərən hava limanları arasında 3-cü yerdə qərarlaşıb. Bu siyahıya London-Siti başçılıq edir. (Siyahı)

Hava limanlarının ən yaxşı terminalları üzrə reytinqdə isə Heydər Əliyev Beynəlxalq Hava Limanı 10-cu yerə layiq görülüb. (Siyahı)

Qeyd edək ki, reytinq 550 hava limanında 100-dən çox milliyətə mənsub 13,73 milyon sərnişinin sorğusu üzərində hazırlanıb. Sərnişinlər hava limanlarını 39 xüsusiyət üzrə qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru