Qətərdə qadınlara orduda xidmət etməyə icazə verilib

7-04-2018, 08:42           
Qətərdə qadınlara orduda xidmət etməyə icazə verilib
Qətər əmiri Tamim bin Həmad əl Tani ölkədə kişilər üçün hərbi xidmətin 3 aydan 1 ilədək uzadılması barədə qanun imzalayıb.

"Report"un məlumatına görə, bu barədə "QNA" agentliyi bildirib.

Agentliyin xəbərində qeyd edilir ki, yeni qanunla ölkə qadınları hərbçi ola bilərlər. Ölkənin 18 yaşını tamam etmiş qadınları yeni qanunla ilk dəfə könüllülük əsasında orduda xidmət hüququ ilə təmin ediliblər.

"Yaşı 18-dən 35-ə qədər olan kişilər icbari hərbi xidməət keçməlidirlər. Qadınlar üçün Vətənə xidmət könüllüdür", - deyə agentlik bildirib.

Qanunda həmçinin hərbi xidmətdən yayınanlar üçün 3 ilədək həbs cəzası və 50 min rial (təxminən 15 min ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur. Qətərin kişi sakinləri 18 yaşları tamam olduqdan 2 ay sonra orduya getməlidirlər.

Bundan əlavə, Qətər özünün Hərbi Xidmət Akademiyasını da yaradacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru