Cavid Qurbanov gənc yazara mənzil verdi

11-04-2018, 22:25           

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov gənc yazar Kəramət Böyükçolə mənzil hədiyyə edib.

GunAz.org xəbər verir ki, bu barədə tanınmış jurnalist Aydın Canıyev sosial şəbəkədə məlumat yayıb:

“Bu dəqiqə oxudum fb-də: Cavid Qurbanov Kəramət Böyükçölə ev verib. Sadəcə soruşmaq istərdim bu aşıq oğlundan: dədən Şəmşiri Kəramət Xəlil Rza və Bəxtiyar Vahabzadə kimi yağlayıb sazlasaydı, ev verərdinmi? bu nə demarşdır? cəmiyyətə nə mesajdı bu? heç olmasa… nə isə!!! p.s. Kəramətin ev sahibi olmağına qətiyyən etirazım yoxdu!”

Qeyd edək ki, ötən il 22 iyul – mətbuat günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən 255 KİV əməkdaşına mənzil verilən zaman da Cavid Qurbanov bu siyahidan kənarda qalan və özünə yaxın olan jurnalistlərə mənzil paylamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru