Bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var- ZAHID ORUC

19-05-2018, 23:34           
Bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var- ZAHID ORUC
Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə, Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.

Bunu Milli Məclisdə çıxışında millət vəkili Zahid Oruc bildirib.

Deputat qeyd etdi ki, insanlar vəsait xərcləyərək, Gürcüstana gedirlər, orada imtahan verirlər: "Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq?”

Daha sonra Z.Oruc dedi ki, bu günlərdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdən bəhs etdi: "Orada müşahidə etdim, olimpiadada iştirak etmiş və qalib olmuş 300 şagirddən 120 nəfərinin gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bu şagirdlər millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.

(Gununsesi.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru