Bakıda turistlər üçün pulsuz taksilər işləyir – İnanılmaz

21-05-2018, 09:25           

Son illər Bakıya turist axınının inanılmaz dərəcədə artması müəyyən “turizm ənənənləri”ni də formalaşdırmaqdadır.

Axar.az xəbər verir ki, hətta “dünənə” qədər turistlərin aldadılması, taksi xidmətindən istifadə zamanı onlardan yüksək məbləğ alınması kimi gələcəyini düşünməyən, nəticəsiz və dələduz əməllərə rast gəlinirdisə, indi kifayət qədər normal münasibətlər müşahidə edilir.

Aldığımız məlumata görə, artıq turistlərin Bakıda daha çox olduğu yerlərdə “pulsuz taksilər” fəaliyyətə başlayıb. İngiliscə yalnız “Free taxi” (Pulsiz taksi) sözünü əzbərləyən taksi sürücüləri bu sözü tez-tez işlətməklə müştəri cəlb edirlər. Turistlər yalnız restoranlara gedərkən pulsuz taksi xidmətindən istifadə edə bilirlər. Əgər turist öz seçimi ilə restoran adını çəkirsə, onda taksi sürücüsü onları pulsuz olaraq sözügedən restorana aparır, xidmət haqqını isə restoran hər müştəriyə 5 manat olaraq ödəyir. Müştəri restoran adı çəkmirsə, sadəcə, bu seçimi taksi sürücüsünə buraxırsa, onda restoran hər müştəri üçün daha çox pul ödəyir (10 manata qədər).

Bununla bağlı taksi sürücüləri əvvəlcədən restoranlarla danışıb-razılaşıblar.

Restoranlarda isə qiymətlərin əks olunduğu menyular var ki, bu da turistlərə qarşı neqativliyi aradan qaldırır. Yəni taksi üçün ödənilməli pul heç də restoranda turistdən alınmır.

Qeyd edək ki, bu, daha çox Türkiyədə müşahidə edilən ənənədir. Otellərdən restoran sifariş edilərkən taksi xidməti pulsuz olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru