Nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbiri davam etdirilir FOTO
24-05-2018, 00:31

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ
XİDMƏTİNİN MƏLUMATI
Nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbiri davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq
ölkə ərazisində iti yolucu xəstəliklərə, o cümlədən iribuynuzlu heyvanların nodulyar dermatit
xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. 2018-ci ilin 4 ayı ərzində nodulyar
dermatit xəstəliyinə qarşı 1592054 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılmışdır. Halhazırda
ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin
iyunun sonunda yekunlaşması nəzərdə tutulur.
Nodulyar dermatit xəstəliyinin profilaktikası, diaqnostikası və ləğvi Nazirlər Kabinetinin 22
yanvar 2015-ci il tarixli 12 saylı qərarı ilə Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı
qərarına edilmiş əlavəyə uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilir.
KLİNİKİ ƏLAMƏTLƏRİ:
Xəstəliyin iti forması ilk dövrlərdə isitmə (bədən hərarəti 40°C qədər artır), iştahanın
zəifləməsi, gözdən yaş axması, burunun selikli qişasından axıntılarla müşayiət olunur.
Xəstəliyin 48 saatından sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə formalı səpgilər əmələ gəlir.
Dərialtı limfa vəziləri həcmcə böyüyür və aydın müşahidə olunur. Xəstə heyvanlar sürətlə
arıqlayır, süd verən heyvanlarda isə süd vəzilərinin mastiti nəticəsində süd azalır. Nadir
hallarda sinir pozğunluğu və aqressivlik baş verir. Bəzi inəklərdə balasalma halları qeyd
olunur.
Virus qanla ağız boşluğunun, burunun, gözün, cinsiyyət yolunun selikli qişasına, tüpürcək, süd
vəzilərinə, xayalara sirayət edir. Düyüncüklərin əmələ gəlməsi dərinin epitelial hüceyrələrinin
giperplaziyası ilə müşayiət olunur.
Xəstəliyin ağır formasında uzun müddətli isitmə, iştahanın kəsilməsi, arıqlama baş verir.
Bədən nahiyəsinin hər yerində və görünən selikli qişalarında düyünciiklər əmələ gəlir,
xəstəliyin ağırlaşma dövründə traxeyanm, udlağm zədələnməsi və bronxopnevmoniyanm
nəticəsində heyvanlarda asfiksiya müşahidə olunaraq ölüm baş verə bilər.
PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ :
Xəstələnmiş heyvanların 90%-i sağalır. Heyvanlar üçün xüsusi saxlanma və yemləmə şəraiti
yaradılmalıdır. Xəstə heyvanlar təcrid olunur. Dezinfeksiya maddələri ilə duş qurğuları vasitəsi
ilə heyvanları çimizdirmək lazımdır. Xəstəliklə mübarizə planına ölkə ərazisində peyvəndləmə
tədbirləri aparılır. Hal-hazırda beynəlxalq təcrübədə heterogen (qoyun və keçi çiçəyi peyvəndi)
və homogen (netling ştamı) peyvəndlərindən istifadə edilir. Azərbaycanda heterogen qoyun
çiçəyi virusundan hazırlanmış peyvənd tətbiq olunur. Xəstəliyin yayılmasının qarşısını
almaqdan ötəri, qansoran həşəratlara görə tədbirlər görülür. Onlar xəstəliyi həm sancmaqla,
həm də mexaniki ötürə bilərlər.
XƏSTƏLİYİN MUALİCƏSİ:
Аz. 115, Bakı. 8-ci mikr, 3123-cü məhəllə
Тel/Fax: 563-50-06: kom. 562- 23-19(124)
Web: www.vet.gov.az
E-mail: press@vet.gov.az
№ 27/ММ-04-032 « 23 » may 2018-ci il
Xəstə heyvanlar təcrid olunur və simptomatik müalicə aparılır: ağrıkəsici və ürək-sinir
sakitləşdirici dərman vasitələri tətbiq edilir, ikincili infeksiyalara qarşı antibiotiklər tətbiq olunur.
Heyvanların ümumi durumunu və imuniteti gücləndirmək üçün köməkçi vasitələr istifadə
olunur. Xəstəlikdən sağalmış heyvanlarda güclü immunitet yaranır.
Xəstəlik barədə ətraflı məlumatı saytımızın http://www.vet.gov.az/az/content/news/966
bağlantısından oxuya bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti
yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dematit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Mətbuat katibi: Yolçu (Xanvəli) Həsəno




