Yeni əskinas devalyasiyaya təsir edəcək? - İqtisadçıdan şərh

24-05-2018, 00:30           

Xəbər verdiyimiz kimi, gələn aydan etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq.

Yeni əskinasın Azərbaycan iqtisadiyyatında və maliyyə bazarına təsirləri barədə "Qafqazinfo”ya danışan iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu addıma əslində elə də ehtiyac yox idi.

Ekspert 200 manatdan daha çox 2 və ya 3 manatlıq əskinasa ehtiyacın olduğunu söyləyib:

"1 və 5 manatalıq əskinaslar arasında heç bir pul vahidi yoxdur. Ona görə də bazarda müəyyən çətinliklər yaşanır. Məhz buna görə də 2 və ya 3 manatlıq əskinas dövriyyəyə buraxılsa yaxşı olar”.

S.Əliyev 200 manatlıq əskinasın milli valyutamızın dəyərini təsir etməyəcəyini, bunun fonunda da devalvasiya riskinin gözlənilmədiyini sözlərinə əlavə edib.

İqtisadçı ölkədə nəğdsiz ödənişlərin tətbiqi istiqamətində təbliğat aparıldığı bir zamanda daha yüksək nominalda əskinasın buraxılmasını da bu məqsədə uyğun hesab etmədiyini söyləyib. O, yeni əskinasın sadəcə yığımı asanlaşdıracağını bildirib.

Qeyd edək ki, 200 manatlıq əskinas iyundan etibarən dövriyyəyə buraxılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru