İcra hakimiyyətinin şöbə müdiri həbs edildi – Zərdabda

24-05-2018, 20:55           

Zərdab Rayon İcra Hakimiyyətinin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramil Abdullayev barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, cinayət işinin başlanmasına səbəb kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım verilməsi zamanı Zərdab rayon komissiyası tərəfindən yol verilmiş qanun pozuntuları barədə Maliyyə Nazirliyindən daxil olmuş material olub.

İstintaqla müəyyən edilib ki, Ramil Abdullayev vəzifədə çalışarkən ayrı-ayrı vaxtlarda kənd təsərrüfatı məhsullarının istehsalçılarına ayrılmış pulları öz ehtiyacları üçün xərcləyib.

O, dövlət əmlakının mənimsəyib.

Ramil Abdullayevin barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 179.2.4 (mənimsəmə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru