Azərbaycanda əmək haqqından ödənilən vergilər azaldıla bilər

25-05-2018, 13:58           

“Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqındna ödənilən vergilərin azaldılması ilə bağlı müzakirələr aparır”.

“Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

“Əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir”, – o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub: “Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər. Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir”.

Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru