Mingeçevirdə idarə həyətində yerləşən 35 yaşlı ağac qəsdən qurudulub - FOTO

26-05-2018, 07:35           
Mingeçevirdə idarə həyətində yerləşən 35 yaşlı ağac qəsdən qurudulub - FOTO
Mingəçevir şəhərində 30-35 il öncə əkilən Qovaq ağacının qəsdən qabığı soyulub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Mingəçevir Şəhər Dezinfeksiya Stansiyasının həyətində yerləşən bu ağac nəmalum şəxs və ya şəxslər tərəfindən qəsdən onu qurutmaq məqsədi ilə bu vəziyyətə salınıb.

Stansiyanın şöbə müdiri Zahid Məmmədovun bildirdiyinə görə, idarə işçiləri təxminən 2 ay öncə bayram tətilindən qayıtdıqdan sonra bu mənzərə ilə üzləşiblər.

Kök hissəsindən təxminən bir metr hündürlükdən soyulan ağacın qabığı da elə yaxınlığına atılıb. Səkkiz saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları faktla bağlı irigövdəli ağacın yerləşdiyi əraziyə baxış keçiriblər.

İdarənin sektor müdiri Qərib Abdullayev məsələ ilə bağlı adiyyəti şəxslərdən izahat alınaraq akt tərtib ediləcəyini və cavabdehlərin tapılması üçün müvafiq qurumlara məlumat veriləcəyini bildirib.

Yaşıllıqların məhv edilməsinə görə cərimələr bitkinin cinsindən, ölçüsündən asılı olaraq dəyişir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru