"Azəriqaz"dan xəbərdarlıq - Qaz sayğaclarına müdaxilə təhlükələrə yola aça bilər - VİDEO

27-05-2018, 08:43           

Bəzən vətəndaşlar qaz sayğaclarının çıxışında olan tənzimləyiciləri çıxarır və yaxud da digər vasitələrə əl atırlar.

teref.az-nun məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyi isə vətandaşlara xəbərdarlıq edir.

Qeyd olunur ki, qaz cihazlarına quraşdırılmış tənzimləyicilərin özbaşına ləgv edilməsi istehlakçılar üçün ciddi təhlükələrə yol açır.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilir ki, qaz şəbəkəsinə bu cür müdaxilələr yolverilməzdir və ağır nəticələrə gətirib çıxara bilər.

Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, həmin tənzimləyicilər xətdəki qazın stabilliyini təmin etmək məqsədi daşıyır. Bu cihazın çıxarılması və ya ona hər hansı bir müdaxilə qaz sızması ilə nəticələnən həyati təhlükələrə səbəb ola bilər.

İbrahim Kərbalayev deyir ki, hətta mənzilin daxilində qaz xətinin və cihazlarının yerdəyişməsini də özbaşına həyata keçirmək olmaz.

O bildirir ki, ümumiyyətlə, uşaqların və məlumatı olmayan şəxslərin təbii qazdan istifadəsinə icazə vermək olmaz. \\Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru