“Hansı haqla məni 2 il yarım həbsdə saxlamısınız?!” – Əfv edilən şair – VİDEO

27-05-2018, 09:12           

Mayın 24-də ölkə başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamında yazıçı-şair Saday Şəkərlinin də adı var.

O, 2 il 5 aylıq həbs həyatından sonra 25 mayda 6 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Meydan.tv-yə açıqlama verən S.Şəkərli haqsız həbs edildiyini deyib:

”Haqsız yerə məni xəstəliyə düçar etdiniz. Xeyir ola?! Hansı haqla məni burda saxlamısınız 2 il yarım? Cinayətkarsınız birbaşa. Cinayətkar mən deyiləm. Mənim səhvim ola bilər, düzəldərəm. Günahım olar Allah bağışlayar. Cinayətim yoxdur axı… Siz bilirsinmi nə qədər cinayəti olmayan insanlar cəza çəkirlər? Ölkə rəhbərləri bu barədə düşünməli və araşdırma aparmalıdır. Mənim azadlığımı heç kim əlimdən ala bilməz. Mən cəmiyyətdən təcrid olunmuşdum. Çünki mənim düşüncə azadlığım var. O azadlıqdan məni məhrum etməyə heç kimin ixtiyarı yoxdur. Çöldə də yazılarımı yazmışam, burda da çalışmışam yazılarımı yazıb, kitablarımı oxuyam.”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.