Məşhur gömrük generalına - AĞIR İTKİ

27-05-2018, 17:53           

Azərbaycanın məhşur gömrük generalına ağır itki üz verib.

Criminal.az saytının məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Nazim Məmmədovun qardaşı Malik Məmmədov vəfat edib. O, ürək çatışmazlığından dünyasını dəyişib.

Əslən Ordubad rayonundan olan M.Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilib. O, əvvəllər FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətiin rəisi olub.

İddialar var ki, M.Məmmədov yüksək dövlət məmuru haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə K.Heydərov tərəfindən işdən çıxarılıb. Sonra isə ''Gilan Holdinq''də işləyib.

Nazim Məmmədova gəlincə, o, Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb.


1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. Karyerasındakı yüksəliş isə 1995-ci ildən - Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb.

O, 1994-ci ildə, 44 yaşı olarkən tələbə adını qazanıb. Təfəkkür Universitetinin hüquq fakültəsinin ikinci kursunda oxuyarkən, 1995-ci ildə DGK-nə işə düzəlib. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru