Dayanacaqlardakı monitorlar niyə işləmir? - Video

30-05-2018, 09:03           

Paytaxtdakı dayanacaqlarda quraşdırılan informasiya terminallarının əksəriyyəti işləmir. İşləyənlərdə isə göstərilən məlumatlar düzgün deyil. Yəni bir sözlə nəqliyyatın intelektual idarəetmə sisteminin bir parçası olan bu monitorlardan vətəndaşlar faydalana bilmir.

Əksəriyyətinin üzərini toz basıb, müxtəlif reklam yazılarının yapışdırıldığı lövhəyə çevrilib.

Bəzi dayanacaqlardakı terminallar işlək vəziyyətdə olsa da informasiyalar düzgün deyil. Sistemdə olan marşurutların hərəkət intervalı isə düzgün göstərilmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu və digər çatışmzalıqların aradan qaldırılması üçün Türkiyədən mütəxəssislər dəvət olunub. İstanbulda nəqliyyatın inetellektual idarə edilməsini həyata keçirən qurumun nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində olublar və mərkəzin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Yaxın vaxtlarda çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərə başlanılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru