İyul və avqustda anomal istilər daha çox müşahidə ediləcək

30-05-2018, 09:26           
İyul və avqustda anomal istilər daha çox müşahidə ediləcək
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal isti hava şəraitinin daha çox müşahidə ediləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva Trend-ə bildirib ki, iyunun ilk günlərində nisbətən sərin hava şəraiti gözlənilsə də, ümumilikdə iyunda temperatur iqlim normasına yaxın və bir qədər yüksək olacaq. Amma əsas istilər iyul və avqust aylarında olacaq: "İlkin proqnozlara və son illərin tendensiyasına əsaslanaraq deyə bilərik ki, Azərbaycanda, xüsusilə paytaxtda əsas isti aylar iyul və avqustdur. Düşünürük ki, bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal istilər daha çox müşahidə ediləcək”.

U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yay fəslində anomal istilərin daha tez-tez baş verməsi nəinki Azərbaycanda, bütün dünyada müşahidə edilir: “Bu tendensiyanın bu il Azərbaycanda da davam edəcəyini gözləyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru