Azərbaycanda həkimlərin sayı azalır

31-05-2018, 06:42           
Azərbaycanda həkimlərin sayı azalır
"Azərbaycanda həkimlərin sayı getdikcə azalır"

AzVision.az xəbər verir ki, bunu İTSDA -nın Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə deyib.

O, bildirib ki, 2005-ci ilə qədər Azərbaycanda tibbi kadrların sayı yetərincə olub: "Lakin bu tendensiya azalmağa doğru gedir. Həmçinin orta tibb işçilərinin də sayında azalma müşahidə edilir. Orta tibb işçiləri hazırlayan müəssisələrin çox olmağına və orada oxuyanların olmasına baxmayaraq, azalma tendensiyası davam edir. Bununla bağlı müəyyən dəyişiklər və stimullaşdırıcı tədbirlər görülməsə, Azərbaycan tibbi kadrlar çatışmazlığı ilə üzləşə bilər".

Ş. İsmayılova qeyd edib ki, ÜDM-nin 4 faizinin səhiyyə xərcləri üçün ayrılması kifayət deyil: "Bu, orta Avropa ölkələrinin göstəricisindən aşağıdır. Azərbaycanda xəstələnmə göstəricisində də artım müşahidə edilir. Həmçinin ölkədə 2006-ci ilə nisbətən ölüm tendensiyası da yüksəkdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.