Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi günü keçirilib

1-06-2018, 08:42           

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə Baş İdarənin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Bakı şəhər mədəniyyət müəssisələrinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Tanınmış estrada müğənnisi Elnur Məmmədov sevilən mahnılarından ibarət konsert proqramı ilə uşaqlara bol sevinc bəxş edib. Həmçinin, “Səma” və “Xan” rəqs qruplarının çıxışları hər kəsdə xoş ovqat yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru