“AXA MBASK”da nə baş verir? – Şirkət “ötən günlərə çata bilmir”

1-06-2018, 11:30           
“AXA MBASK”da nə baş verir? – Şirkət “ötən günlərə çata bilmir”
"AXA MBASK” sığorta şirkətinin 2018-ci ilin 4 ayı üzrə göstəriciləri məlum olub.

AZXEBER.COM-un məlumatına görə, sığorta şirkətinin ümumi yığımlarının həcmi 14,3% azalaraq 6,876 milyon manata düşüb. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 8,020 milyon manat olmuşdu.

Yığımların azalması fonunda şirkətin sığorta ödənişləri də nisbətən aşağı düşüb.

Belə ki, 2018-ci ilin 4 ayında "AXA MBASK”ın ödənişləri 2,4% azalaraq 3,195 milyon manat olub. 2017-ci ilin eyni dövründə bu rəqəm 3,273 milyon manat olmuşdu.

Yığımların ödənişlərlə nisbətdə daha çox azalması şirkətin zərərlilik göstəricisini də artırıb. Belə ki, 2017-ci ilin 4 ayında "AXA MBASK” topladığı hər 100 manatdan 41 manatını ödənişlərə yönəltmişdirsə, bu ilin yanvar-aprel aylarında bu rəqəm 46 manata qədər artıb.

Görünən odur ki, ilin əvvəlindən etibarən şirkətin idarəçiliyində yaranan qeyri-müəyyən vəziyyət artıq göstəricilərdə də özünü biruzə verir. Belə ki, AXA Qrup Azərbaycandakı törəmə şirkəti olan "AXA MBASK"ı fevrala ayının sonundan etibarən satmaq qərarına gəlib və sövdələşmə baş tutub. Bu qərardan sonra sığorta şirkətinin idarə heyətinin sədri Selçuk Adıgüzel və onun komandasının şirkətdən uzaqlaşdırılacağı gözlənilirdi. Şirkət satılsa da, təhvil verilməsi prosesi hələlik yekunlaşmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru