Gömrükçülər “Nilufər”i saxladı – gəmidən qaçaq yüklər çıxdı

2-06-2018, 11:38           
Gömrükçülər “Nilufər”i saxladı – gəmidən qaçaq yüklər çıxdı
Bakı Baş Gömrük İdarəsinin yeni rəhbərliyi qaçaqmalçılıqla mübarizə sahəsində təsirli tədbirlər görməyə qərar verib. Dünən Hövsan gömrük postunda İrandan Bakıya tikinti materialları daşıyan “Nilufər” adlı gəmi saxlanılıb və məlum olub ki, gəmidə qanunsuz yüklər var

Bu barədə məlumat verən mənbə bildirir ki, yüklər İran vətəndaşı, “Omya” şirkətinin sahibi Davud Vəlizadəyə məxsusdur. O, İrandan kalsium-karbonat (təbaşir növü), polietilen, TVC adlanan plastik xammal və sair tikinti materialları gətirirmiş.

Vəlizadənin 1200 tonluq gəmidəki yükləri 600 ton kimi sənədləşdirməsi, əslində maya dəyəri baha olan materialları ucuz material kimi təqdim etməsi gömrükçülərin diqqətini cəlb edib və onlar alınmış məlumat əsasında “Nilufər” gəmisini saxlayaraq baxış keçiriblər.

Əməliyyatı Bakı Baş Gömrük İdarəsinin qaçaqmalçılıqla mubarizə şöbəsi həyata keçirib.(musavat)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.