"Məni tez-tez Elmar Məmmədyarovla səhv salırlar"

21-06-2018, 19:08           


Türk nazirin sözlərinə görə, Məmmədyarovun da Çavuşoğlu olduğumu düşünüb suallar verənlər olur
Məni tez-tez Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla səhv salırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Vatan" qəzetinə müsahibəsində bildirib.

"Xarici görünüşcə biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla çox oxşayırıq. Bizi tez-tez səhv salırlar. Tədbirlərdən birində mənə Azərbaycanla bağlı suallar verirdilər", — deyə Çavuşoğlu qeyd edib.

Türk nazirin sözlərinə görə, Məmmədyarovun da Çavuşoğlu olduğunu düşünüb suallar verənlər olur: "Bir dəfə ona Türkiyə barədə sual veriblər. Düşünüblər ki, o, Türkiyənin xarici işlər naziridir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru