“Dodaq qənimi”nin “öldürdüyü” “şortikli” qız danışdı - FOTO

21-06-2018, 19:45           
“Dodaq qənimi”nin “öldürdüyü” “şortikli” qız danışdı - FOTO
Kosmetoloq Elnarə Rzayeva məni metroda şortik geyindiyi üçün tənqid edilən qız kimi təqdim edərək, ölüm xəbərimi yayıb. Halbuki mənim həmin qıza heç bir aidiyyətim yoxdur. Elnarə Rzayeva problem yaşadığı hər kəsin şəklini paylaşaraq, bu cür təhqiramiz və yalan məlumatlar yayır.

Bu sözləri Axar.az-a kosmetoloq Elnarə Rzayevanın metroda şortik geyindiyi üçün tənqid edilən xanım olduğunu bildirərək, intihar etdiyini dediyi Sevda Nəcəfova bildirib.

Kosmetoloq tərəfindən şəkli paylaşılaraq ölüm xəbəri yayılan S.Nəcəfova deyib ki, E.Rzayevanın onun haqqında yalan məlumat yaydığı üçün polisə müraciət edib:

“Videosu yayılan şortikli qızla heç bir oxşarlığım olmasa da, Elnarə Rzayeva həmin şəxs olduğumu bildirib və intihar etdiyimi qeyd edib. Halbuki o qızı heç tanımıram da. Fotoma diqqətlə baxsanız, görərsiniz ki, heç bir oxşarlıq yoxdur”.

Şikayətçi S.Nəcəfova bildirib ki, E.Rzayeva özünün açdığı saxta profillərlə saxta söhbətlər quraraq, hər kəsi onun intiharına inandırmağa çalışıb:

“O, saxta profilindən öz-özüylə yazışmasını mənim metrodakı qızla oxşarlığımı “təsdiqləyən fakt” kimi təqdim edib. O, bundan əvvəl də şəklimi paylaşaraq, təhqiredici sözlər yazıb. Bütün bunları polisə təqdim etmişəm. Ümumiyyətlə, Elnarə Rzayeva ondan şikayətçi olan, klinikasından narazı qalan hər kəsin fotosunu İnstaqram səhifəsində paylaşıb, təhqiredici və yalan məlumatlar yazır. Onun İnstaqram səhifəsi belə xanım fotoları və yalan məlumatlarla doludur. E.Rzayeva zərərçəkən hər kəsi bu yolla şantaj edir. Hətta ondan narazı qalan xanımların şəxsi məlumatlarını, telefon nömrələrini də yayır. O, hər gün ya tətbiq etdiyi müalicə üsulları, ya da belə böhtan dolu məlumatlar paylaşaraq, insanların həyatı ilə oynayır. Mən də bir zərərçəkən şəxs kimi bu insanın layiqli cəza almasını istəyirəm. Bu gün kifayət qədər qız, gəlin, qadın var ki, onun şantajına məruz qalıb”.

Qeyd edək ki, kosmetoloq Elnarə Rzayeva dünən İnstaqram səhifəsində Sevda Nəcəfovanın fotosunu paylaşaraq, onun metroda şortik geyindiyi üçün tənqid edilən xanım olduğu və videosu yayıldığı üçün intihar etdiyi haqda yalan məlumat yaymışdı.

E.Rzayeva son günlər medianın diqqətini cəlb edib. Onun adı müştərilərinin dodaqlarını yandırmaqda hallanır. Zərərçəkmişlərin vəkili Toğrul Allahyarov ötən gün E.Rzayevanın mərkəzinin bağlandığı barədə məlumat yayıb.

Buna cavab olaraq E.Rzayeva klinikasının bağlanmadığını bildirib və qarşı tərəfi yalan məlumat yaymaqda ittiham edib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.