Rusiyada çəkilən "İtlərin qətliamı" fotosu haqqında NÖVBƏTİ İDDİA

22-06-2018, 09:19           

Rusiyada çəkilən "İtlərin qətliamı" fotosu haqqında NÖVBƏTİ İDDİA
DÇ-2018-in startından öncə Rusiyada zəhərlənərək tələf edildiyi iddia edilən ölü itlərin yer aldığı fotolar haqqında yeni məlumat yayılıb.

Publika.az xəbər verir ki, fotoların saxta olduğu ortaya çıxıb. Almaniyanın “Stern” dərgisi “Korrektiv” araşdırma mərkəzinin verdiyi xəbərə görə, sosial mediada aktiv şəkildə paylaşılan fotoların saxta olduğunu yazıb.


Xəbərə görə, fotolar 2016-cı ildə “Röyters” xəbər agentliyinin müxbiri tərəfindən Pakistanın Karaçi şəhərində çəkilib. Fotoların orijinal görüntüsündə hadisənin Rusiyada gerçəkləşmədiyi tam şəkildə görünür. Hətta orijinal fotoların üst qismində urdu dilində yazıların olduğu görünür.

Qeyd edək ki, Almaniyanın digər bir nüfuzlu dərgisi “Spiegel” Rusiyanın milli komandasını mundialın ən bəxtsiz komandası adlandırmış, Səudiyyə Ərəbistanının 5:0 Rusiyaya məğlub olmasından sonra üzr istəmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru