Hərbçi ailələr yataqxanadan çıxarılır: kompensasiya verilmir…

30-06-2018, 00:00           

Paraddan 1 gün sonra hərbçiləri evlərindən çıxarırlar. Bu barədə AzEuroNews.com-a verilən məlumatda bildirilib.

Keçmiş “Turan” mehmanxanasının yaxınlığındakı yataqxanada məskunlaşmış hərbçi ailələrinə xəbərdarlıq mətni olan vərəqələr paylanıb.

Qeyd olunub ki, hərbçi ailələri iyunun 29-na qədər yataqxananı boşaltmalıdırlar. Ailələr hara gedəcəklərini bilmirlər.

Onlara alternativ mənzil təklif olunmayıb, heç bir kompensasiya verilməyib. Hərbçilər baş verənlərlə bağlı Müdafiə Nazirliyi rəhbərliyinin reaksiyasını gözləyirlər. Ümid edirlər ki, onlara ailələri ilə birgə yaşamaq üçün mənzillər veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru