Maaşlar artırılır, sahibkarlara isə xüsusi güzəşt… - Millət vəkili

1-07-2018, 11:07           

Vergidə şəffalığı təmin etmək və ümumiyyətlə, başqa korrupsiya hallarına yol verilməməsi üçün vergidən olan ödəmələr bir milyard manatdan çox azaldıldı.

Bu sözləri Axar.az-a açıqlamasında vergilərdən büdcəyə daxil olan məbləğin azaldılması haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat sözügedən məsələnin səbəblərinə belə aydınlıq gətirib:

“Vergidə şəffalığı təmin etmək və ümumiyyətlə başqa korrupsiya hallarına yol verilməməsi üçün vergidən olan ödəmələr bir milyard manata yaxın azaldıldı. Bunun üçün isə Neft Fondundan müəyyən qədər əlavə vəsait ayrıldı. Eyni zamanda, bu məsələ gömrükdən gələn vergilər hesabına da maliyyələşdiriləcək. Burada əsas məqsəd sahibkarların normal fəaliyyətini təmin etməkdən və onlara qarşı təzyiqlərin qarşısını almaqdan ibarətdir”.

Millət vəkili bildirib ki, dövlət büdcəsinin gəlir və xərc hissəsinə 2 milyard 17 milyon manat əlavə edildi:

“Müəyyən qədər vəsait, əmək haqqı və pensiyaların artırılmasına, müəyyən qədər vəsait isə neft şirkətlərində qazma işlərinin davam etdirilməsinə ayrılacaq. Bu, əlavə dəyərin yaradılması üçün vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru