Ad, soyad və ata adının dəyişdirilməsi qaydaları dəyişdirildi

9-08-2018, 09:36           
Ad, soyad və ata adının dəyişdirilməsi  qaydaları dəyişdirildi
Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.

Reportun xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə “Qeyd” əlavə olunub. Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru