Pensiyaçıya 611 manat su pulu gəlib: günə 68 ton işlədib? – Foto

9-08-2018, 21:12           
Pensiyaçıya 611 manat su pulu gəlib: günə 68 ton işlədib? – Foto
Göyçay sakini, təqaüdçü Zalikə Kərimova keçən ilin bütün aylarında 1-2 manat civarında su sərfiyyatı edib.

AzEuroNews.com xəbər verir ki, amma 24.01.2018-ci il tarixdə o aldığı bəyan fakturasında 611.55 manat borcunun yarandığını görüb, həqiqi mənada şoka düşüb.

Yazılan sərfiyyat borcuna görə guya vətəndaş 1 ay ərzində 2040 ton su işlədib. Bu rəqəm hər gün üçün 68 ton, hər saata görə 2.8 ton su sərf etmək mənasına gəlir. Dəhşət deyilmi?

Hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb ki, bu cür anormal halların baş verməsinin səbəbi cəzasız qalan məmurların özbaşına hərəkətlərinin davam etdirilməsidir.


Onun sözlərinə görə, “Azərsu” ASC-nin Göyçay filialına İlqar Mütəllibov rəhbərlik edir və rayonda azart həvəskarı olması ilə tanınır.

O, hər dəfə uduzanda belə üsullarla vətəndaşlara aylıq 20-30 min manat pul yükləyir. Şikayətlərə də heç bir orqanda baxan yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru