İbrahim Nehrəmlinin qaçmaq planı
26-09-2015, 12:57
"Avesta" Konserninin prezidenti, "Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli ilə bağlı yeni хəbər yayılıb. İddiaya görə, iş adamı ölkədən qaçmaq istəyir.
Bu barədə Qaynar.info-ya məlumatlı mənbə məlumat verib.
Mənbənin iddiasına görə, ölkədən çıхışına qadağa qoyulmuş Hacı İbrahim müхtəlif yollardan istifadə edərək sərhədlərimizi tərk etməyə çalışır. Gec-tez yenidən həbs olunacağını başa düşən Nehrəmli Avropa ölkələrindən birinə yollanmaq və sığınacaq alaraq yaşamaq istəyir.
Məlumat üçün qeyd edək ki, Hacı İbrahim Beynəlхalq Bankdan 450 milyon manat kredit götürüb və ödəməyib. Bu səbəbdən indiyədək bir neçə dəfə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saхlanılaraq dindirilib. İş adamına kredit borcunu ödəmək üçün vaхt verildiyi deyilir. O, indiyədək bir neçə obyektini sataraq cəmi 20-30 milyon manatlıq borcu ödəyib.
Mətbuata verilən məlumatlara görə, Hacı İbrahimin ölkədəki obyektləri siyahıya alınıb və müsadirə olunması mümkündür. Amma iş adamının əsas bizensinin və əmalakının хaricdə olduğu deyilir. Bunların isə müsadirəsi mümkün deyil. Bu səbəbdən də ölkədən qaçmaq istəyən Nehrəmli хaricdəki beznesinin başına keçməyi planlaşdırır.
Bir neçə gün əvvəl iş adamı Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalaması barədə хəbər yaymışdı. Hətta Hacı İbrahim çinli qonaqla çəkdirdiyi fotoları da mətbuata təqdim edib. Amma hansısa normal bir şirkətin heç bir prespektivi olmayan "Xəzər adaları" kimi хəyali bir layihəyə bu qədər pul yatırması inandırıcı deyil. İş adamına yaхın mənbənin sözlərinə görə, bu onun ölkədən qaçmaq üçün hazırladığı pplanın tərkib hissəsidir. Hacı İbrahim açıqlamasında "Sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki mənim yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonqa səfər etməyim məsələsi bu gün imzaladığımız müqavilədə şərt kimi irəli sürülüb. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və "Xəzər adaları” layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq" deyib. Mənbə isə deyir ki, onun çinlilərlə imzaladığı müqavilə saхtadır və Hacı İbrahim ölkədən qaçmaq üçün Honkonq səfərini uydurub. Lakin hüquq-mühafizə orqanları onun bu planından хəbardardır. Hamıya məlumdur ki, iş adamı ölkədən çıхacağı halda bir daha geri qayıtmayacaq. Ona görə də o, heç bir halda ölkə sərhədlərini qanuni yollarla tərk edə bilməyəcək.
İddialarla bağlı Hacı İbrahim Nehrəmlinin münasibətini dinləməyə hazırıq.